“Sonluq gözlənilən idi”

“Sonluq gözlənilən idi”

“Şəfa” premyer liqanın XII turunda öz meydanında “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Zaur Həşimov bunu deyib:

“Oyun haqqında geniş danışılacaq bir şey yoxdur. 59-cu dəqiqəyə qədər demək olar ki, rəqibin qol epizodu yox idi. İlk fürsətdən yararlandılar. Sonluq da gözlənilən idi. Biz irəli atılmalı, rəqib isə əks-hücumlarda oynamalı idi. Kritik səhvdən sonra ikinci topu vurdular. Açığı, düşünürdük ki, qara zolaqdan çıxmışıq. Bugünkü oyun üzərimizdəki təzyiqi və sıxıntını artırdı”.

Həmin kateqoriyadan