Ölkə kubokunun qalibləri müəyyənləşəcək

Ölkə kubokunun qalibləri müəyyənləşəcək

Yeniyetmə və gənc stolüstü tennisçilər ölkə kuboku uğrunda mübarizə aparacaqlar.

Allsport.az xəbər verir ki, yarışda paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonların idmançıları bacarıqlarını göstərəcəklər.

Noyabrın 23-də şüa idman sağlamlıq kompleksində start götürəcək ölkə kuboku turnirində U-14 və U-18 yaş qrupları üzrə qaliblər məlum olacaq.

Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçiriləcək yarışa noyabrın 26-da yekun vurulacaq. Fərqlənən idmançılara AGİN-in diplom və medalları, ASTF-nin mükafatları təqdim olunacaq.

Həmin kateqoriyadan