- Baxış sayı: 12
- 05 Noyabr 2026 10:51
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Allsport.az xəbər verir ki, milli komandanın futbolçusu Elvin Camalov artıq “Neftçi” ailəsinin üzvüdür. 4 nömrəli formanı geyinəcək 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5 + 1 il şərti ilə müqavilə bağlanıb.
“Qəbələ”nin yetirməsi olan Camalov “Zirə” və “Sabah” klublarında da çıxış edib. Sonuncu klubu “Sabah”ın kapitanı olmuş təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan kubokunu başı üzərinə qaldırıb. O, milli komandamızın heyətində 20 oyun keçirib.