- Baxış sayı: 89
- 08 İyul 2024 13:33
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Gəncədə cüdo təlim-mərkəzində Azərbaycan cüdo federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil edilib.
Allsport.az xəbər verir ki, ilk gündə 139 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib.
İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.