- Baxış sayı: 79
- 02 Oktyabr 2024 16:07
- Baxış sayı: 67
- Oktyabr 11, 2024
- 0
Şüvəlan qəsəbəsində yerləşən ağırlıqqaldırma mərkəzdə gənclərlərin Azərbaycan birinciliyi və ustaların Azərbaycan çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayıb.
Kişilər arasında Amin Osmanov (55 kq), Dəniz Cabbarlı (61 kq), Ravin Alməmmədov (89 kq) və Nurlan Məmmədzadə (96 kq) öz çəki dərəcələrində həm böyüklərdə, həm gənclərdə, Yunis Bayramov (67 kq), Qasım İsmayılov (73 kq) və Orxan Zöhrabzadə (81 kq) gənclərdə, Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq), Ömər Cavadov (81 kq), Mürsəl Quliyev (102 kq), Əli Şükürlü (109 kq) və Dadaş Dadaşbəyli (+109 kq) ustalarda Azərbaycan çempionu olublar.
Qadınlarda isə Samirə Rzayeva (45 kq), Aydan Rzayeva (49 kq), Selcan Qarayeva (55 kq), Fazilə İmanova (64 kq), Nigar Əliyeva (71 kq), Arzu Qədimova (76 kq), Rahilə Hüseynzadə (81 kq) və Mələk Hüseynli (87 kq) həm gənclər, həm də böyüklər arasında, Lalə Əzizli (59 kq) böyüklərdə, Milena Hüseynli (59 kq) gənclərdə 1-ci yer tutublar.
Yarışda komanda hesabında uğur qazanan kollektivlər Azərbaycan ağırlıqqaldırma federasiyası tərəfindən pul mükafatına layiq görülüblər. Azərbaycan çempionat və birincilikləri üçün təyin edilən xüsusi mükafat fondu idmançı və məşqçilərin həvəsləndirilməsi, eyni zamanda rəqabətin artırılması məqsədi güdür.