Güney Azərbaycan klubu səfərdə qələbə qazandı

İran çempionatında 7-cı turun görüşləri keçirilib. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublardan daha biri – “Göstəriş” də növbəti matçını keçirib.

Təbriz təmsilçisi səfərdə “İstiqlal Ahvaz”la qarşılaşıb. Matç “Göstəriş”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, hesabat turunda Təbrizin digər təmsilçisi “Traktorsazi” evdə “Persepolis”ə (Tehran) 0:1 hesabıyla uduzmuş, başqa güney Azərbaycan komandası “Malavan” isə Ənzəlidə Məşhəd “Padideh”i ilə qolsuz heç-heçə etmişdi.

Hazırda “Malavan”la “Göstəriş” 16 klub arasında 11 xalla 6-7-ci yerləri bölüşürlərsə, “Traktorsazi” 7 xalla 10-cu yerdədir.

Həmin kateqoriyadan