“Hədəflədiyimiz yerdə deyilik”

“Təlim-məşq toplanışı yaxşı keçib, müsbət ovqatda hazırlaşmışıq. Bunun bəhrəsini növbəti oyunlarda görəcəyik”. Allsport.az saytı xəbər verir ki, bunu Türkiyənin “Bursaspor” klubunda çıxış edən milli futbolçu Namiq Ələskərov deyib.

27 yaşlı yarımmüdafiəçi fiziki və taktikiya önəm verdikləri bildirib: “Amma hazırda pis vəziyyətdəyik. Hədəflədiyimiz yerdə deyilik. Bu amil mənim üçün bir az çətin oldu. “Bursaspor”un necə böyük klub olduğunu bilirik. İnanırıq ki, bu vəziyyətdən çıxıb daha yaxşı yerlərə yüksələcəyik”.

Həmin kateqoriyadan