“Həm ilk, həm da cavab oyununa böyük əzmlə çıxacağıq”

“2022-ci ilin ilk oyununda “Zirə” ilə qarşılaşacağıq. Bundan əvvəlki qarşılaşmalardakı məğlubiyyəti unutmuşuq”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Səbail”in hücumçusu Nikolas Raysel deyib. Fransalı ön xətt oyunçusu ölkə kubokunun 1/4 finalında rəqibi dəyərləndirib:

“Qış fasiləsindən sonrakı ilk oyuna hazırlıqda yüksək enerjini, əzmkarlığı hiss edirəm. Mövsümün sonunadək mübarizə aparmaq üçün qalib gəlmək bizi əlavə motivasiya edəcək. Özümə və komandama güvənirəm. Həm ilk, həm da cavab oyununa böyük əzmlə çıxacağıq”.

Bu gün “Zirə” – “Səbail” görüşü saat 17:00-da başlayacaq.

Həmin kateqoriyadan