- Baxış sayı: 36
- 15 Aprel 2026 11:02
- Baxış sayı: 135
- Aprel 14, 2026
- 0

ABŞ-ın Orlando şəhərində Çin döyüş sənətləri üzrə 12-ci ənənəvi dünya çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın Şərq təkbətək döyüş növləri üzrə ustaları yarışda layiqincə çıxış ediblər; hapkido üzrə 2 qızıl və bir gümüş medal qazanıblar.
Bu mübarizədə 10-cu dan qara kəmərin sahibi, məşqçi Süleyman Məmmədlinin rəhbərliyi ilə dünya və Avropa çempionu Vüqar Əzimov və Əli İsmayılov çıxış ediblər. Adı ilk 2 çəkilənlər qızıl, digəri gümüş medal qazanıblar.