- Baxış sayı: 12
- 13 May 2025 10:22
- Baxış sayı: 89
- May 12, 2025
- 0
Qazaxıstanın veteranlardan ibarət minifutbol komandası Bakıya dostluq turnirinə təşrif buyurub. Allsport.az saytı xəbər verir ki, 4-günlük səfərdə ilk oyun “Mil-Beyləqan”la olub. Aktau təmsilçiləri rəqibə 4:0 hesabıyla qalib gəliblər. Növbəti görüş “Bakı” komandası ilə baş tutub və paytaxt təmsilçilsi qonaqlara böyük hesabla yenilib – 3:6
Aprelin 26-da “İdman Jurnalistləri” ilə görüşən qazaxlar gərgin mübarizə şəraitində keçən matçda 4:3 hesabıyla qalib gəliblər. Yazarlar üstün oyun göstərməsinə baxmayaraq, yaranmış qol imkanlarından və 2 penaltidən istifadə edə bilməyiblər. İlk hissə 3:3 bitsə də, 2-ci yaıda qonaqlar yaratdıqları yeganə qol fürsətindən məharətlə istifadə ediblər.
Görüşdən sonra təşkilatçılar tərəfindən hər 2 komandadan “ən yaxşı oyunçu” və “ən yaxşı komanda rəhbərləri” mükafatlandırılıb. Qonaqlardan “ən yaxşı oyunçu” Çuak Bayevə, “komanda rəhbəri” Tuyebayev Aydos seçilib. “İdman Jurnalistlər”də “ən yaxşı komanda rəhbəri” mükafatı İlkin Vidadioğluna verilib. Turnirin “ən yaşlı oyunçusu” Fərhad Həsənov sayılıb.
Tədbirin təşkilatçısı keçmiş FİFA referisi Əfqan Həmzəyevdir. O həm də oyununun hakimi olub.