- Baxış sayı: 34
- 26 İyul 2024 21:04
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Premyer liqa klubları “Marsel” və Seneqal millisinin hücumçusu İlimane Ndiaye ətrafında vəziyyəti diqqətlə izləyir.
Allsport.az xəbər verir ki, futbolçu hazırki klubunda aldığı oyun müddətindən narazıdır. “Şeffild Yunayted”, “Kristal Pelas”, “Everton”, “Nyukasl” və “Vest Hem” kimi klublar onu icarəyə götürməyə hazırdır.
Seneqallı 2023-cü ilin yayında 20 milyon funt-sterlinq qarşılığında “Şeffild Yunayted”dən “Marsel”ə transfer olunub. Bu mövsüm o, bütün turnirlərdə 21 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.