- Baxış sayı: 44
- 21 Aprel 2026 20:20
- Baxış sayı: 83
- Aprel 21, 2026
- 0

İtaliya “A” seriyasının 14-cü turu çərçivəsində keçirilən “Fiorentina” – “İnter” oyunu bədbəxt hadisə səbəbindən dayandırılıb.
Allsport.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Eduardo Bove matçın 15-ci dəqiqəsində huşunu itirərək meydana yıxılıb. 22 yaşlı yarımmüdafiəçiyə dərhal ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Oyunun bir müddət sonra keçirilməsinə qərar verilib.