- Baxış sayı: 41
- 21 Mart 2025 23:57
- Baxış sayı: 48
- Mart 20, 2025
- 0
Azərbaycan premyer liqasının XXII turunun “Qarabağ” – “Səbail” oyunundan (5:0) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis matç barədə fikrini açıqlayıb:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Qarşımızda düzgün və fəal müdafiə olunan kollektiv var idi. “Səbail”lə kubok matçında da bunun şahidi olmuşduq. Əlbəttə ki, bu cür oyun sxemini sona qədər qoruyub saxlamaq da asan deyil. İlk qoldan sonra oyun dəyişdi. Rəqib riskə getdi və boşluqlardan düzgün istifadə etdik. Bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm”.
Baş məşqçi komandaya qayıdan braziliyalı futbolçu Kadi Borgesin dönüşünə də münasibət bildirib: “Kadi öz komandasına qayıdıb. Kollektivə uyğunlaşma problemi olmayacaq. Sadəcə, idman formasından bir az uzaqdır. İnanıram ki, qarşıdakı bir ay ərzində onu əvvəlki formasına qaytara biləcəyik. Kadi həm kollektiv içində, həm də azarkeşlər arasında sevilir. Belə oyunçuların komandamızda olması hamımız üçün müsbətdir”.
Qurban Qurbanov premyer liqanın XXIII turu çərçivəsində fevralın 16-da “Neftçi”yə qarşı keçiriləcək səfər oyununa da toxunub: “Qarabağ”la “Neftçi”nin oyunu Azərbaycan futbolunda böyük derbidir. “Neftçi”nin stadionunda yaxşı futbol ab-havası var. Orada oynamaq həmişə xoş olur. İnanıram ki, hər iki komanda tərəfdən azarkeşləri razı salmaq üçün baxımlı oyun olacaq”.