“Keşlə” evdə “Qəbələ”yə yenildi

Azərbaycan premyer liqasında 8-ci turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

1-ci dövrədə uğurlu çıxışı ilə diqqət çəkən “Qəbələ” 2-ci dövrənin ilk turunda “Keşlə”nin qonağı olub. Son 2 matçından qalib ayrılan paytaxt təmsilçisi bu uğurlu seriyanı davam etdirməyə, əyalət komandası isə qələbə həsrətinə son qoymağa çalışıb. 5 qolun qeydə alındığı matç “Qəbələ”nin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Sumqayıt”a 3:0, “Neftçi” isə “Zirə”yə 2:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Səbail” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Azərbaycan premyer liqası
8-ci tur
24 oktyabr

“Keşlə” – “Qəbələ” 2:3
Qol: A.Neto, 38. A.Yunanov, 90+7 – R.Renato, 23. A.Məmmədov, 30. İ.Alimi, 59.
Qırmızı vərəqə: S.Vukçeviç, 69.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Eyyub İbrahimov, Kamal Umudlu.
“ASK arena”, 16:00.

Həmin kateqoriyadan