Keyn təşvişə düşməməyə çağırdı

“Bavariya”nın hücumçusu Harri Keyn çempionlar liqasının ümumi mərhələsinin 2-ci tur matçında “Aston Villa”ya məğlubiyyəti (0:1) şərh edib.

Allsport.az xəbər verir ki, ingilis futbolçu komandasının daha üstün olduğunu vurğulayıb: “Daha çox üstünlük təşkil edən tərəf biz idik. Çoxlu qol şanslarımız var idi. Rəqibin qapıçısı möhtəşəm oyun nümayiş etdirdi. Bəzən belə oyunlar olur. Bizim üçün ən əsası bu məğlubiyyətə görə təşvişə düşməməkdir.”

Qeyd edək ki, ilk iki turdan sonra Keyn 4 qolla Çempionlar Liqasının bombardiridir.

Həmin kateqoriyadan