- Baxış sayı: 48
- 17 May 2024 20:24
- Baxış sayı: 71
- May 17, 2024
- 0
Riçard Almeyda “Qarabağ”ın heyətində 200-cü çempionat matçına çıxıb. Allsport.az xəbər verir ki, bu, premyer liqanın 15-ci turunun “Neftçi” ilə görüşünə təsadüf edib.
Yubilyar komandasının 2:1 hesabı ilə qalib gəldiyi matça kapitan kimi çıxıb.
33 yaşlı yarımmüdafiəçi 2012/13 mövsümündən fasilələrlə “Qarabağ”ın formasını geyinir. Riçard bu matçlarda 44 qol vurub. Almeyda klub tarixinə ölkə çempionatında 200 və daha çox matç keçirən 11-ci futbolçu kimi düşüb.