- Baxış sayı: 39
- 14 Mart 2025 22:51
- Baxış sayı: 57
- Mart 14, 2025
- 0
Rusiyanın “Lokomotiv” klubu baş məşqçisi Yuri Syomin ilə yolunu ayırıb. Allsport.az xəbər verir ki, Moskva təmsilçisi 73 yaşlı mütəxəssisin mayın 31-də başa çatacaq müqaviləsini uzatmayıb.
Onu bu postda serb çalışdırıcı Marko Nikoliç əvəzləyib. 40 yaşlı mütəxəssis işinin icrasına iyunun 1-də başlayacaq.
Syomin müxtəlif illərdə “Lokomotiv”i çalışdırıb. Təcrübəli çalışdırıcı 3 dəfə ölkə çempionu olub, 6 dəfə Rusiya kubokunu qazanıb. Rus mütəxəssis 2013/14 mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.