- Baxış sayı: 18
- 30 Aprel 2026 21:07
- Baxış sayı: 38
- Aprel 30, 2026
- 0

Allsport.az xəbər verir ki, İngiltərə futbol assosiasiyası “qırmızı şeytanlar”ı ölkə kuboku çərçivəsində “Fulhem”lə “Old Trafford”dakı matçda (3:1) komandanın futbolçularının nalayiq davranışına görə cəzalandırıb.
Həmin görüşdə “Mançester Yunayted”in oyunçuları matçın baş hakimi Kris Kavanaqdan rəqibin qapısına penalti təyin etməyi istəyiblər. Bu epizoddan sonra “Fulhem”in 2 futbolçusu (Uillian və Aleksandar Mitroviç) və London klubunun baş məşqçisi Marko Silva meydandan uzaqlaşdırılıb.
71-ci dəqiqədə “Mançester Yunayted” futbolçuları hakimi mühasirəyə alıb, münaqişə yaradıblar. Ona görə də assosiasiya klubu 74 min avro cərimələyib.