- Baxış sayı: 46
- 29 Aprel 2026 22:06
- Baxış sayı: 78
- Aprel 29, 2026
- 0

Azərbaycan komandası “FİFA sıralaması-2026” beynəlxalq turnir çərçivəsində ilk oyununu keçirib.
Allsport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.
Millimizin heyətində Emin Mahmudov (2-ci dəqiqədə penaltidən), Rəhim Sadıxov (21), Musa Qurbanlı (37), Toral Bayramov (64), Vüsal İsgəndərli (86), eləcə də Rüstəm Əhmədzadə (89) fərqləniblər.
Rəqibin yeganə qolunu 52-ci Donovan Filipp penaltidən vurub.
Bununla da Azərbaycan yığması 16 oyun sonra qələbəyə sevinib. Təmsilçimiz son olaraq 2024-cü ilin iyununda Qazaxıstanı yoxlama matçında üstələmişdi.
“Ay-ulduzlular”ımız növbəti oyununu martın 30-da Syerra-Leone komandasına qarşı keçirəcək.