“Millidə işləməyə hazıram, “Qarabağ” və “Neftçi”də yox”

“Millidə işləməyə hazıram, “Qarabağ” və “Neftçi”də yox”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, indiki durumda özünü “Qarabağ” və “Neftçi”də işləməyə hazır görmür. Allsport.az saytı xəbər verir ki, o bu barədə İTV-də yayımlanan “Bol idman” verilişində deyib:

“Bəlkə 5 ay, 2 il, 5 il sonra mən bu suala başqa cavab verəcəyəm. Amma bu gün mənə “Neftçi” və “Qarabağ” kimi komandanın yükünü daşımaq ağır olar. Çünki məsuliyyətlidir, tarixləri böyükdür, iddialıdırlar. Hər il o komandalardan çempionluq, avroliqada uğurlu çıxış gözlənilir”.

O qeyd edib ki, bu gün milli komandada özünü işləməyə hazır sayır: “Neçə illərdir milli onsuz da uğursuz çıxış edir. Bu yükün altına girməkdən çəkinmirəm. Bu, məşqçi bacarığı ilə bağlı deyil. Burda bir çox psixoloji amil də var”. 

Həmin kateqoriyadan