- Baxış sayı: 61
- 01 May 2026 21:21
- Baxış sayı: 63
- May 01, 2026
- 0

“Napoli” “Liverpul”un hücumçusu Darvin Nüneslə maraqlanır.
Allsport.az xəbər verir ki, Mersisayd təmsilçisi 25 yaşlı futbolçunu 50-55 milyon avro arasında qiymətləndirir.
Bundan əlavə, neapollular bu yay azad agentə çevriləcək “Lill”dən Conatan Devidi də almaq imkanını nəzərdən keçirir.
Kanadalıya digər komandalar, o cümlədən “İnter” də maraq göstərir. Devidin tələbləri kifayət qədər yüksək olsa da, “Napoli” müqaviləyə sərbəst qalma bəndi əlavə etməklə onu razı salmağa çalışacaq.