Tatarıstandan bol qənimətlə

Tatarıstan respublikasında kəmər güləşi üzrə koreş (klassik), koreş (çimərlik) və Qırğız kuroşu (sərbəst) növləri üzrə dünya çempionatı, həmçinin belboğlı kuraş (özbək güləşi) üzrə dünya kuboku keçirilib.

Allsport.az saytı xəbər verir ki, koreş (klassik) üzrə yeniyetmələrin dünya çempionatında Murad Mehtiyev (60 kq), Renat Xeyirov (70 kq) və Emil Abbasov (90 kq) gümüş medal qazanıblar.

Böyüklər arasında Şirinxan Əsgərli (65 kq), Ariz Hüseynov (70 kq), Xəlil Murzayev (80 kq) və Nizami Qafarov (130 kq) 2-ci, Nuhan Müzəffərov (60 kq), Əmrah İsmayılov (90 kq) və Abdullah Şərif (100 kq) 3-cü olublar.

Koreş (çimərlik) üzrə dünya çempionatında Elnur Abdullayev (60 kq) qızıl, Xəyyam Abdullayev (80 kq) gümüş, Sadıq Ağamalıyev (130 kq) isə bürünc mükafata yiyələnib.

Qırğız kuroşu (sərbəst) üzrə dünya çempionatında Ariz Hüseynov (72 kq) qızıl, Xəyyam Abdullayev (78 kq) və Əmrah İsmayılov (90 kq) gümüş, Nuhan Müzəffərov (60 kq), Şirinxan Əsgərli (66 kq) və Abdullah Şərif (96 kq) isə bürünc medala yetişiblər.

Yeniyetmələr arasında Emil Abbasov (+80 kq) 1-ci və Renat Xeyirov (70 kq) 3-cü yer tutublar.

Həmin kateqoriyadan