Bu Azərbaycan klubu “Beşikdaş”ın qonağı olub

“Neftçi”nin U-17 komandası yoldaşlıq görüşləri keçirməsi məqsədilə İstanbul şəhərində olan futbol akademiyasının rəsmiləri “Beşikdaş” klubunun qonağı olublar.

Allsport.az xəbər verir ki, “qara qartal”ın “Beşikdaş Nəvzat Dəmir” təlim-məşq bazasını ziyarət edib “A” komandanın üzvləri ilə görüşən “flaqman”ın nümayəndələri onların məşqini izləyiblər. “Neftçi” PFK-nın futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizov və “Beşikdaş”ın baş məşqçisi Ole-Qunnar Sulşer bir-birinə hədiyyələr təqdim ediblər və tərəflər xatirə şəkli çəkdiriblər.

Fevralın 9-da “Qalatasaray” (0:5), 12-də “Beşikdaş”la (0:1) qarşılaşan “Neftçi” U-17 sonuncu yoldaşlıq matçını ayın 14-də “Fənərbağça Dərəağzı” təlim-məşq bazasında “Fənərbağça”ya qarşı keçirəcək.

Həmin kateqoriyadan