- Baxış sayı: 38
- 22 İyun 2026 20:27
- Baxış sayı: 39
- İyun 22, 2026
- 0

“Neftçi” Mamadu Kane ilə vidalaşıb. Allsport.az saytı xəbər verir ki, 2018-ci ilin dekabrında – 21 yaşında Qvineyadan Azərbaycana yollanan futbolçu, 2021-ci ilin sentyabrında Yunanıstanın “Olimpiakos” klubuna satılıb. Sonra icarə əsasında “ağ-qaralar”da çıxışını davam etdirib.
25 yaşlı yarımmüdafiəçi “Neftçi”nin heyətində 61-i çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 80 rəsmi matçda (1 qol) iştirak edib və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub. O, Qvineya millisində 13 oyuna çıxıb, 1 qol vurub.