- Baxış sayı: 30
- 26 İyun 2026 14:48
- Baxış sayı: 30
- İyun 26, 2026
- 0

Türkiyənin Antalya bölgəsində təlim-məşqdə olan “Neftçi”, bu gün 2-ci yoxlama oyununu keçirib.
Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” millimizin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi Polşanın “Visla” (Plotsk) klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bizdən qolu 55-ci dəqiqədə Yusuf Laval vurub.
“Neftçi” ilk görüşündə Macarıstan “Kişvarda”sı ilə heç-heçə edib – 2:2.