“Neftçi” “Sumqayıt”da xal itirdi

Azərbaycan premyer liqasında VII turun daha 1 oyunu keçirilib.  Allsport.az xəbər verir ki, “Kapital bank arena”da “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Hər 2 qol 2-ci hissədə vurulub. 50-ci dəqiqədə meydan sahiblərindən Murad Xaçayev əks-hücum zamanı uzun reyd edərək, topu rəqib qapısından keçirib. Bundan cəmi 4 dəqiqə sonra qonaqların belçikalı yarımmüdafiəçisi Sabir Buqrin uzaqdan baxımlı qola imza atıb. 

77-ci dəqiqədə isə “Sumqayıt”ın və Azərbaycan millisinin zədəsini yenicə bərpa olunmuş hücumçusu Əli Qurbani ikili mübarizə zamanı dizindən xəsarət alaraq, əvəzlənməli olub. 

Bu nəticədən sonra “Neftçi” 14 xalla 2-ci, “Sumqayıt” 8 xalla 5-ci pillədə qalıb.

Həmin kateqoriyadan