- Baxış sayı: 27
- 01 Aprel 2023 18:10
- Baxış sayı: 89
- Aprel 01, 2023
- 0
“Neftçi”nin üç futbolçusu “Sabah”a qarşı premyer liqanın XIX tur oyununu buraxacaq. Allsport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi televiziyasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Türkiyədəki qış təlim-məşq toplanışında zədələnən, hazırda fərdi məşqlər keçən Rəhman Hacıyev, müalicəsi davam edən Eddi İsrafilov və əməliyyatdan sonra yüngül məşqlərə start verən Fərid Yusifli meydana çıxmayacaqlar.
Bu gün oynanılacaq “Sabah” – “Neftçi” qarşılaşması saat 19:00-da başlayacaq.