“Neftçi”də braziliyalı hücumçu

“Neftçi” qış fasiləsində növbəti transferini reallaşdırıb. 

Allsport.az saytı xəbər verir ki, braziliyalı cinah yarımmüdafiəçisi Gilyerme Patu ilə 2,5 illik müqavilə bağlanıb. 20 yaşlı futbolçu “77” nömrəli geyimdə çıxış edəcək.

“İnternasional” (2020-2021; 6 oyun, 1 qol) klubunun yetirməsi olan Patu “Ponte Preta” (icarə, 2020; 33 oyun, 4 qol) və “Kuyaba”da (2021, 9 oyun) çıxış edib.

Həmin kateqoriyadan