- Baxış sayı: 22
- 17 İyun 2025 19:46
- Baxış sayı: 75
- İyun 17, 2025
- 0
“Neftçi” premyer liqanın 34-cü turunda səfərdə “Turan Tovuz”a 2:1 qalib gəlib.
Allsport.az xəbər verir ki, mətbuat konfransında “flaqman”ın baş məşqçi Samir Abbasov qələbəyə şərh verib:
“Əlbəttə, artıq bu mövsüm hədəfi qalmayan komandanı motivasiya verib meydana çıxarmaq çox çətindir. Üstəlik, zədə səbəbindən bir neçə futbolçumuzdan məhrum idik. Lakin bu cür çətinliklərlə çox qarşılaşmışıq. Futbolçulara demişdim ki, rəqibin vəziyyətindən asılı olmayaraq, səfər matçında tribunalardakı atmosferə, təzyiqə fikir verməyin, yalnız formanızdakı loqoya baxın və oynayın. Çünki tutduğumuz yerdən asılı olmayaraq, “Neftçi”nin futbolçuları hər şeydən üstündür. Azarkeşlərimizə gələn mövsüm üçün söz deməyə ehtiyac yoxdur, onlar çox vədlər eşidiblər. Buna görə də, inşallah, çalışıb, onlara özümüzü bu cür qələbələrlə, oyunumuzla göstərməliyik”.