- Baxış sayı: 37
- 10 Noyabr 2026 16:52
- Baxış sayı: 280
- Noyabr 09, 2026
- 0

“Neftçi” “Zirə”yə qarşı keçirəcəyi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçının hazırlığını başa vurub.
Allsport.az xəbər verir ki, birgünlük fasilədən sonra oktyabrın 20-də hazırlığı bərpa edən “ağ-qaralar” “Türk hava yolları futbol mərkəzi”ndə son məşqə çıxıb.
“Qəbələ” ilə yoxlama görüşündə (1:1) zədələnən Xorxe Korreadan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
Oktyabrın 23-də “Bakcell arena”da oynanılacaq “Neftçi” – “Zirə” qarşılaşması saat 18:15-də başlayacaq.