“Neftçi”nin yüksək bacarıqlı futbolçuları var“

“Bu gün futbolçularımız çox yaxşı mübarizə apardılar. Bəzi texniki məqamlar çatmaya bilər. Amma ümumən futbolçulardan razıyam. Çox yaxşı komandaya qalib gəldik. “Neftçi”nin yüksək bacarıqlı futbolçuları var”.

Allsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan premyer liqasının 9-cu turunda “Neftçi”yə qalib gəldikləri oyundan (4:0) sonra mətbuat konfransında deyib:

“Futbolçularımı təbrik edirəm. Nəticə öz yerində, çox yaxşı mübarizə apardıq. Çox yaxşı komandaya qalib gəldik. Hər 2 komandaya uğurlar arzulayıram. Bu komandaya qarşı 90 dəqiqə mübarizə aparmalı və hərəkətli olmalıyıq. Futbolçular çox yoruldular. Çox çətin qrafikdəyik, diqqətli olmalıyıq. Bəzi matçlarda rotasiya edirik. Bu periodda güc sərf etməliyik”.

Həmin kateqoriyadan