- Baxış sayı: 13
- 20 Aprel 2026 20:20
- Baxış sayı: 220
- Aprel 20, 2026
- 0

“Nottingem Forest”in futbol departamentinin rəhbəri Edu vəzifəsindən kənarlaşdırılıb.
Allsport.az xəbər verir ki, braziliyalı mütəxəssisə klubun bazasına və stadionuna giriş qadağan edilib.
2025-ci ilin iyulundan bəri komandaya 200 milyon funt-sterlinq xərclənməsinə və dörd məşqçi dəyişilməsinə baxmayaraq, “Forest” hazırda premyer liqada 17-ci pillədədir. Edunun yaxın vaxtlarda klubu rəsmən tərk edəcəyi gözlənilir.