- Baxış sayı: 37
- 23 Yanvar 2026 22:33
- Baxış sayı: 151
- Yanvar 22, 2026
- 0

Allsport.az xəbər verir ki, günün yeganə matçında II Liqa təmsilçiləri – “Dinamo” və “Füzuli” komandaları üz-üzə gəliblər.
Neftçi futbol mərkəzində reallaşan qarşılaşma “Dinamo”nun 4:0 hesablı qələbəsi ilə bitib.
Komanda II təsnifat mərhələsində “Səbail”ə rəqib olub.
Daha əvvəl “Şahdağ Qusar” “Kür-Araz”ı (3:1), “Şəfa” “Saatlı-Araz”ı (2:0), “Şəmkir” “Şəki City”ni (1:0), “Ağdaş” “Lerik”i (4:0), “Şimal” “Qusar”ı (4:1), “Hypers Guba” “Göygöl”ü (3:2) məğlub edərək növbəti raunda yüksəlib.