“Onsuz da Namiq Ələskərov bizdən biri kimidir”

“Bursaspor”un baş məşqçisi Tamər Tuna, millimizin futbolçusu Namiq Ələskərovundan söz açıb. Allsport.az saytı xəbər verir ki, 46 yaşlı mütəxəssis 3 legionçunun komandaya can yandırdığını bildirib:

“Onsuz da Namiq Ələskərov bizdən biri kimidir. Amma Nikolas Salasar və Reagi Ofosunun ortaya xarakter qoyub komandanı sahiblənməsi mənim üçün çox önəmlidir.

Xüsusilə çətin dönəmdə və toplanışda bu futbolçuların komanda yoldaşlarına motivasiya vermələri bizi gücləndirir. Onların heç biri əcnəbi kimi davranmır”.

Ötən ilin avqustunda “yaşıl timsahlar”a keçən həmyerlimiz, 1-ci liqa klubu ilə 2-illik müqavilə imzalayıb.

Həmin kateqoriyadan