“Oyun gözləniləndən də yaxşı alındı”

Bu gün “Zirə” klubu Türkiyə toplanışında 2-ci yoxlama görüşünə çıxıb. Allsport.az saytı xəbər verir ki, “qartallar” Polşanın yüksək liqa təmsilçisi “Qurnik”lə 2:2 edib. Baş məşqçimiz Rəşad Sadıqov oyunla bağlı bunu deyib:

“Maksimum çalışırdıq ki, sürətli oyun getsin. Oyunumuzun keyfiyyətini artırmaq istəyiriksə, sürət şərtdi. Antalyaya gələndə qarşımıza qoyduğumuz tapşırıqlardan biri bu idi. Futbolçular özlərini yaxşı tərəfdən göstərdilər, hərəkətli, dinamik idilər.

Oyun gözləniləndən də yaxşı alındı. İkinci matçımız idi. Mümkün deyil ki, komanda, futbolçular ideal formada olsun. Əllərindən gələni etdilər ki, planlaşdırdıqlarımızı meydanda yerinə yetirsinlər”.

Həmin kateqoriyadan