“Oyunun startı biz istəyən kimi olmadı”

“Keşlə” premyer liqanın 9-cu turunda səfərdə “Zirə”yə 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Sənan Qurbanov bunu deyib:

“Oyunun startı bəlkə biz istədiyimiz kimi olmadı. Birinci hissədə də, ikinci hissədə də qol imkanlarımız oldu, reallaşdıra bilmədik. Bizim bir problemimiz var ki, qol vura bilmirik. Futbolçulara xəbərdarlıq da etmişdik ki, şanslarımız olacaq, yararlanmaq lazımdır.

“Zirə” səfərində oynamaq çətindir. Bu üzdən real qol epizodlarından istifadə etməliydik. Bilirdik ki, əks halda psixoloji gərginlik olacaq. Neqativ məqamı fikirləşmişdik, o da başımıza gəldi. Məğlubiyyətlər komandaya pis təsir edir, inamsızlıq yaradır”.

Həmin kateqoriyadan