Ozobiç 30-a çatdı

Filip Ozobiç “Qarabağ”ın heyətində 30-cu qolunu vurub.

Allsport.az xəbər verir ki, bu, premyer liqanın IX turuna təsadüf edib.

30 yaşlı yarımmüdafiəçi “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb. Bu görüşədək “Qarabağ”da 29 qol vuran yarımmüdafiəçi əvvəl 30-cu, ardınca 31-ci dəfə fərqlənib. Ozobiç premyer liqada 27, avrokuboklarda 4 qol vurub.

O, “Qarabağ”ın tarixində 30 və ya daha çox qol vuran 21-ci futbolçudur. Xorvatiya əsilli oyunçu hərəyə 31 dəfə fərqlənən Kənan Kərimov və Georgi Adamiya ilə 16 – 18-ci yerləri bölüşür.

Həmin kateqoriyadan