- Baxış sayı: 37
- 10 Noyabr 2026 16:52
- Baxış sayı: 280
- Noyabr 09, 2026
- 0

Azərbaycan premyer liqasının 7-ci turunda meydana çıxan bütün komandalar qol vurub.
Allsport.az xəbər verir ki, buna mövsümdə ilk dəfə təsadüf olunub. “Sabah” üzərində 2:1 hesablı səfər qələbəsi qazanan “Qarabağ”ın ilk qolu yubiley xarakteri daşıyıb.
Filip Ozobiç Ağdam klubunun heyətində 25-ci çempionat qoluna imza atıb. Filip 58-ci görüşündə yubiley uğuruna sevinib.
Ozobiç “Qarabağ”ın tarixində çempionatda 25 və daha çox qol vuran 15-ci oyunçudur.