- Baxış sayı: 46
- 17 Aprel 2026 15:00
- Baxış sayı: 55
- Aprel 16, 2026
- 0

Bolqarıstanlı futbolçu Valeri Bojinov karyerasını Azərbaycanda davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, “Partizan” klubunun hücumçusu artıq “Qəbələ” ilə anlaşıb. Serbiya mətbuatının məlumatına görə, tərəflərin 1,5 illik müqaviləyə razılaşıblar.
Balkanlı hücumçu zamanında İtaliya “A seriya”sında “Yuventus”, “Parma” və “Leççe”nin, İngiltərə premyer-liqasında “Mançester Siti”, eləcə də Portuqaliya primerasında Lissabonun “Sportinq” komandalarının şərəfini qoruyub.