“Qəbələ” “Keşlə”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan premyer liqasında VIII turun daha bir oyunu keçiriləcək.

Allsport.az xəbər verir ki, “Keşlə” “ASK arena”da “Qəbələ”ni sınağa çəkəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

Hazırda əyalət təmsilçisi 12 xalla 3-cü pillədə qərarlaşıb. 7 xalı olan paytaxt klubu isə 6-cıdır. 2 komanda indiyədək ölkə çempionatında 52 dəfə üz-üzə gəlib. Bu oyunların 19-da meydan sahibləri, 15-də qonaqlar qələbə qazanıblar.

18 görüş heç-heçə ilə başa çatıb. “Qəbələ” son 4 matçda qol vurub. “Keşlə” isə evdəki son 3 qarşılaşmada qələbə qazanıb.

Azərbaycan premyer liqası

VIII tur

24 oktyabr (bazar)

16:00. “Keşlə” – “Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: İlham Əliyev

“ASK arena”.

İlk oyun günündə “Sabah” evdə “Sumqayıt”a 3:0, “Neftçi” isə “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 25-də oynanılacaq “Səbail” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Həmin kateqoriyadan