“Qəbələ” ruhdan düşüməyəcək”

“Qəbələ” premyer liqanın 15-ci turunun oyununda səfərdə “Sabah”a 0:3 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Düşündüyümüz kimi də oyun daha ağır keçdi. Bilirdik ki, “Sabah” iddialıdı, heyətində yaxşı futbolçular var. Oyuna yaxşı başladıq. Əfsuslar olsun ki, epizodları dıəyərləndirmədik. Rəqib düşən imkanları dəyərləndirib, layiqli qələbə qazandı.

Hakimlərə də qiymət verən qurum var. İnanıram ki, oyuna baxıb öz qeydlərini aparacaqlar. Sadəcə bizə, mənə və köməkçilərimə verilən sarı vərəqə… Nəyə görə gəlib sarı vərəqə verirlər, bizə sual qaldı. Ümumi götürəndə hakim oyunu normal idarə etdi. Olurdu ki, xırda foullar bizə fərqli görünürdü. Oyunu normal idarə etdi.


Ruan Renatonun cəzası var idi, deyə oynamadı. Heyətimizə baxsaz, 13-14 futbolçumuz var. Daha sonra cavanlar gəlir. Hər bir itki oyunumuza təsir edir. Ruan aparıcı oyunçularımızdandı. Komanda olaraq “Qəbələ” ruhdan düşüməyəcək, daha da iddiasını ortaya qoyacaq”.

Həmin kateqoriyadan