- Baxış sayı: 52
- 01 May 2026 21:21
- Baxış sayı: 52
- May 01, 2026
- 0

“Qarabağ”ın əlaqələndiricisi Aftandil Hacıyev və U-15 komandası, “Qalatasaray”ın akademiyasını ziyarət ediblər. Allsport.az saytı xəbər verir ki, məktəbin koordinatoru Əmir Qıvırcıq və gənclərin inkişaf üzrə koordinatoru Orxan Ətiq akademiyamızın üzvlərini qəbul ediblər.
Görüş zamanı tərəflər arasında qarşılıqlı əlaqə barədə danışıqlar baş tutub. Orada çalışan məşqçilərin təlimi, eləcə də “Qarabağ” və “Qalatasaray”ın aşağı yaş qruplarının eyni turnirlərdə iştirakı barədə fikir mübadiləsi aparılıb.