“Qarabağ” – “Neftçi”: hər 2 klub oyuna itkilərlə çıxacaq

“Qarabağ”ın 4 futbolçusu “Neftçi”yə qarşı Azərbaycan premyer liqasının IX tur oyununda iştirak etməyəcək.

Allsport.az xəbər verir ki, əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero, əzələsini dartan Qaspar Panadero, zədələrini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov və Elvin Cəfərquliyevin də meydana çıxmayacağı dəqiqdir.

Paytaxt klubunda isə 2 oyunçunun – Ömər Buludov və Xorxe Korreanın mikrozədələri var. Onların görüşdə iştirakına məşqçilər korpusu qərar verəcək.

Oktyabrın 30-da “Azersun arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 18:30-da başlayacaq.

Həmin kateqoriyadan