“Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılır

Azərbaycan premyer liqasının IX turunda keçirilcək “Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarılır.

Allsport.az xəbər verir ki, qarşılaşmanın biletləri oyun günü – oktyabrın 30-da satışda olacaq.

Qiymətlər müvafiq olaraq 2 manat, 3 manat, 5 manat və 15 manat təşkil edir. Biletləri “Azersun arena”dan və “Park bulvar”ın 2-ci mərtəbəsində yerləşən “Qarabağ” klubunun fan-şopundan əldə etmək olar. Oyun günü azarkeşlər üçün qapılar matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Oktyabrın 30-da “Azersun arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 18:30-da başlayacaq.

Həmin kateqoriyadan