- Baxış sayı: 42
- 05 Avqust 2026 23:23
- Baxış sayı: 165
- Avqust 05, 2026
- 0

Azərbaycan premyer liqasının XXVIII turunun “Turan Tovuz” – “Qarabağ” oyunundan (1:4) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Berdıyevin mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, türkmən mütəxəssis matç barədə fikrini açıqlayıb:
“Üçüncü qola kimi cavab qoluna ümid edirdik. Üçüncü qol və “Qarabağ”ın əvəzetmələrindən sonra imkanımız azaldı. “Qarabağ”ın əvəzetmələri oyunu gücləndirir. Bizə belə möhtəşəm dəstək, münasibət göstərən azarkeşlərimizi üzmək məni daha da ağrıdır. Onlar səfərdə də evdə də bizi dəstəkləyirlər. Təəssüflər olsun ki, onları sevindirə bilmədik”.