“Qarabağ”ın legionçusu 90 dəqiqə oynadı, “göy köpək balıqları” Kamerunla heç-heçə etdi

“Qarabağ”ın futbolçusu Patrik Andrade, Afrika millətlər kubokunda qrup mərhələsinin 3-cü tur oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, Kabe Verde millisi Kamerunla qarşılaşıb və 1:1 edib. Legionçu 90 dəqiqə oynayıb.

Bu nəticələrdən sonra rəqib qrup lideri kimi növbəti mərhələyə adlayıb. Burkina Faso 2-ci yerlə pley-ofa çıxıb. Kabo Verde yığması 4 ən yaxşı qrup 3-cüsündən biri kimi mərhələ adlamaq imkanını qoruyur.

Həmin kateqoriyadan