- Baxış sayı: 30
- 22 Sentyabr 2026 20:42
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

“Qarabağ”ın Antalyada yoxlama oyunlarının proqramında dəyişiklik edilib. Allsport.az saytı xəbər verir ki, yanvarın 25-də “Tatran”la keçirilməsi nəzərdə tutulan oyun baş tutmayacaq.
Buna səbəb, Slovakiya klubunun toplanışına yollanmamasıdır. Belədə, “köhlən atlar” Çex Respublikasından “Bohemians” klubu ilə qarşılaşacaq. Həmin gün komandamız “Visla Krakov”la da üz-üzə gələcək.
“Bohemians”la matç 12:00-da, polşalılarla oyun isə 18:00-da başlayacaq. “Qarabağ” bu görüşlərdə fərqli heyətlərlə oynayacaq.