Qarayev 350-yə çatdı

Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.

Allsport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan premyer liqasının XXXIII turuna təsadüf edib. “Araz-Naxçıvan”ın futbolçusu “Sabah”la ev oyununa (1:1) start heyətində çıxıb.

Premyer liqada 2008/09 mövsümündə debüt edən Qarayev 350 matçda 6 qol vurub. O, ilk klubu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), “Araz-Naxçıvan”da 20 görüşə çıxıb.

Qara Azərbaycan çempionatları tarixində 350 və daha çox matç keçirən 13-cü futbolçudur. O, Rahid Əmirquliyevin rekordundan 101 oyun geri qalır.

1. Rahid Əmirquliyev   – 451

2. Mahmud Qurbanov  – 421

3. Rəşad Sadiqov    – 392

4-5. Asif Məmmədov    – 388

4-5. Azər Məmmədov – 388

6. Aslan Kərimov – 382

7. Rəşad Abdullayev – 378

8-9. Elvin Məmmədov – 376

8-9. Maksim Medvedev – 376

10. Vurğun Hüseynov – 368

11. Aqil Məmmədov – 363

12. İsmayıl Məmmədov – 351

13. Qara Qarayev – 350

Həmin kateqoriyadan