- Baxış sayı: 56
- 01 May 2026 21:21
- Baxış sayı: 57
- May 01, 2026
- 0

“Topçular” öncə İngiltərə liqa kuboku finalında və FA kuboku 1/4 finalında müvafiq olaraq “Mançester Siti”yə (0:2) və “Sauthempton”a (1:2) uduzaraq, hər 2 yarışdan kənarlaşdırılıblar.
Allsport.az saytı xəbər verir ki, londonlular ÇL-in 1/4 finalının ilk oyununda səfərdə “Sportinq”lə qarşılaşacaqlar.
Dünənki məşqdən videolarda 4-nəfərlik qruplarda oyunçuların meydanda hərəkət etməyə çalışarkən topu başlarının arasında tutduqları göstərilir.
“Arsenal”ın baş məşqçisi Mikel Artetanın tapşırığına əsasən başqa bir məşqdə oyunçular məktəb qələmləri bir-birinin barmaqlarının ucu arasında tutaraq, eyni zamanda hərəkət edərkən topu öz aralarında ötürməyə çalışıbdılar.