- Baxış sayı: 68
- 08 İyun 2026 08:19
- Baxış sayı: 40
- İyun 15, 2026
- 0

Gürcüstanın Qori şəhərində cüdoçuların Avropa kubokunda millimiz 2 qızıl, 1 gümüş və 6 bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, İslam Rəhimov (66 kq) və Əjdər Bağırov (100 kq) bütün rəqiblərinə qalib gəliblər.
Elşən Əsədov (66 kq) ancaq sonda yenilib. Babarəhim Mirzəyev (60 kq), Nizami İmranov (66 kq), Rüfət Şövlətov (73 kq), Xəyyam Əliyev (90 kq), Elmar Qasımov (100 kq) və qadınlarda Diana Tçkayeva (48 kq) bürünc mükafata yiyələniblər.